Əzələ yığmaq istəyən Bəxtiyar canından oldubackend

Əzələ yığmaq istəyən Bəxtiyar canından oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milas bölgəsində yolda hərəkətsiz vəziyyətdə yatan cəsəd aşkarlanıb.

Bu barədə dərhal polisə bildirilib.

Aparılan araşdırmalardan sonra onun fitnes məşqçisi Bəxtiyar Bahar olduğu ortaya çıxıb.

Onun meyiti ekspertizaya göndərilib. Bəxtiyar əzələ yığmaq üçün güclü tərkibli proteinlər qəbul etdiyi məlum olub.

O şəkər xəstəsi olmasa da, sırf əzələ yığmaq xatirinə insulin vurdurub.

Hətta 3-4 ay əvvəl buna görə xəstəxanalardan birində müalicə də alıb.

Onun bədənində hər hansı bir şiddət və zorakılıq faktı aşkarlanmayıb.

Ölümün səbəbinin onun qəbul etdiyi insulin və protein səbəbilə baş veridyi ehtimal edilir./BAKU.WS