“Fənərbaxça” “Yuventus”dan cinah oyunçusu alırbackend

“Fənərbaxça” “Yuventus”dan cinah oyunçusu alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcək mövsüm üçün “Fənərbaxça” yeni heyət qurmağa başlayıb.

Editor.az “sporx” a istinadən xəbər verir ki, bu dəfə “Fənərbaxça”nın hədəfində “Yuventus”un cinah oyunçusu Federiko Bernardeçidir. Türkiyə təmsilçisi tərəfindən hər iki cinahda oynaya bilən futbolçuya artıq şərtlər təqdim olunub.

Qeyd edək ki, Federiko Bernardeçi 38 dəfə İtaliyanın milli komandasının formasını geyinib və 6 dəfə milli forması ilə fərqlənməyə nail olub. Təcrübəli futbolçunun hazırkı qiyməti 15 milyon avro dəyərindədir. O, cari mövsümdə 32 dəfə “qoca sinyora”nın heyətində maça çıxıb. Bu 32 matçda 2 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.

Xatırladaq ki, Federiko Bernardeçi 2017-ci ildə 40 milyon məbləğ qarşılığında İtaliyanın “Fiorentina” klubundan “Yuventus”a transfer olunub.

//Nəzərbəy, Editor.az