Fərid Şahbazlı Moldova mediasına Ermənistanın işğalçılıq siyasətindən yazıbbackend

Fərid Şahbazlı Moldova mediasına Ermənistanın işğalçılıq siyasətindən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldavanın “AVA” Analitik-İnformasiya Portalında Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları, işğalçı ölkənin mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alması ilə bağlı “Ermənistan Dağlıq Qarabağ münaqişəsini diplomatik yollarla həll etməkdən imtina edir” sərlövhəli məqalə dərc olunub.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının müəllifi olduğu məqalədə işğalçı Ermənistanın istər təmas xəttində, istərsə də dövlət sərhədində müxtəlif təxribatlar törətdiyi qeyd olunub. Bildirilib ki, bu təxribatların pik həddi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri məqsədyönlü şəkildə ağır artilleriya və raket qurğularından atəşə tutmağa başlaması olub. Düşmənin bu xain hücumu nəticəsində təkcə hərbçilərimiz deyil, dinc sakinlərimiz də həlak olub və yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Məqalədə vurğulanıb ki, Azərbaycan Ordusu Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadəsi qadağan edilmiş kaset bombaları ilə şəhər və kəndlərimizi intensiv atəşə tutmaqdadır. Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.

Qeyd olunub ki, Moskvada tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan ard-arda Gəncə şəhərinə raket zərbələri endirərək mülki şəxslərə qarşı terror həyata keçirib. Nəticədə 23 nəfər həyatını itirib, çox sayda insan xəsarət alıb. Onların arasında uşaqlar, hər iki valideynini itirən körpələr var.

Ermənistanın bu təxribatının bütün bəşəriyyət əleyhinə cinayət olduğunun vurğulandığı məqalədə dünya ictimaiyyətinə bu ölkənin terror və işğalçılıq siyasətinə lazımi qiymət verməyə çağırış ünvanlanıb.