F-16 qırıcılarının ilk partiyası Ukraynaya gətirilibbackend

F-16 qırıcılarının ilk partiyası Ukraynaya gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk F-16 qırıcıları Ukraynaya gətirilib.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. Agentliyin həmsöhbətləri deyirlər ki, hələ ki, “təyyarələrin sayı azdır”. Ukraynanın NATO müttəfiqləri ilk F-16-ları iyulun sonuna qədər təhvil vermək öhdəliyi götürüblər və bu tələb yerinə yetirilib.

Ukrayna Müdafiə Nazirliyi “Bloomberg”in məlumatlarını şərh etməyib. Agentlik yazır ki, ukraynalı pilotların təyyarədən dərhal istifadəyə başlaya biləcəkləri və ya bu prosesin daha uzun çəkəcəyi hələlik aydın deyil. Tədarüklər təyyarə hissələri ilə bağlı problemlər və Ukraynanın kifayət qədər uçuş-enmə zolağının olmaması səbəbindən çətinləşib.
Qeyd edək ki, ABŞ 2023-cü ilin mayında F-16-ları Ukraynaya təhvil verməyə razılaşıb.

Belçika, Danimarka, Hollandiya və Norveç səlahiyyətliləri də qırıcıları köçürməyə hazır olduqlarını bildirdilər. Ümumilikdə Kiyev 60 F-16 almalıdır. Qərb mediasının əvvəllər yazdığı kimi, Ukrayna silahlı qüvvələri uzun müddət ərzində bir neçə partiyada təyyarələr alacaq.

//Samir Qurbanov, Editor.az