F-16 qırıcılarının Polşa, Rumıniya və Slovakiya aviabazalarından uçuşları həmin ölkələrin Ukraynadakı hərbi əməliyyatlarda iştirakı kimi nəzərdən keçirəcəkbackend

Rusiya “F-16” qırıcılarının uçuşlarını həmin ölkələrin Ukraynadakı hərbi əməliyyatlarda iştirakı kimi qiymətləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya F-16 qırıcılarının Polşa, Rumıniya və Slovakiya aviabazalarından uçuşlarını həmin ölkələrin Ukraynadakı hərbi əməliyyatlarda iştirakı kimi nəzərdən keçirəcək.

Editor.az bildirir ki, bunu ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar iclasında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib. Onun sözlərinə görə, bu təyyarələrdən istifadə faktı “Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək”.

“Ukraynanın aerodrom strukturunun dağıdılması şəraitində Ukrayna Silahlı Qüvvələrinə verilən F-16 taktiki qırıcılarının Polşa, Rumıniya və Slovakiyadakı hava bazalarından uça bilməsi ilə bağlı artıq şərhlər eşidilir. Biz xəbərdarlıq edirik ki, bu qırıcıların NATO-ya üzv olan bu ölkələrin ərazisindən istifadə edilməsi Moskva tərəfindən onların Ukraynadakı münaqişədə iştirakı kimi qiymətləndiriləcək və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək”, – Konstantin Qavrilov bildirib.

Oxşar xəbərdarlığı dekabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da etmişdi. O, brifinq zamanı qeyd etmişdi ki, Ukraynanın aerodrom infrastrukturunun əhəmiyyətli hissəsi məhv edilib, ona görə də “F-16-ların ölkədən kənarda – Polşa, Slovakiya, Rumıniyada yerləşməsi mümkündür”. Hazırda Hollandiya, Danimarka, Norveç və Belçika Ukraynaya döyüş təyyarələrini təhvil verməyə hazır olduqlarını bəyan ediblər.

//Samir Qurbanov, Editor.az