F-35 əvəzinə F-55: ABŞ yeni döyüş təyyarəsi yaratmaq niyyətindədirbackend

F-35 əvəzinə F-55: ABŞ yeni döyüş təyyarəsi yaratmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar F-55 döyüş təyyarəsinin yaradılması, həmçinin beşinci nəsil F-22 “Raptor” qırıcısının dərin modernləşdirilməsi imkanlarını nəzərdən keçirir.

“Reuters” bu barədə Amerika Birləşmiş Ştatlarının hazırkı prezidentinə istinadən xəbər verir. Donald Tramp Qətərdəki Əl-Udeyd aviabazasında keçirilən tədbirlər zamanı sürpriz açıqlama verib. “Biz F-55-i edəcəyik və – düşünürəm ki, qiyməti düzgün əldə etsək və qiyməti düzgün almalıyıq – bu, F-35-in iki mühərrikli, super təkmilləşdirilməsi olacaq, sonra isə F-22-ni də modernləşdirəciyik”, – Tramp deyib.

Amerikalılar daha əvvəl modernləşdirilmiş F-35 yaratmaq planlarını açıqlamışdılar. Lakin bu təyyarənin yalnız bir mühərriki var, prezident isə ikisindən danışıb. İki mühərrikli dizaynın hazırlanması effektiv şəkildə F-35 ilə çox az ümumi olan və daha ağır sinifdə olan yeni bir təyyarənin yaradılması demək olar.

F-55 adlandırılan təyyarənin F/A-18 daşıyıcısı əsaslı qırıcının əvəzedicisini yaratmaq məqsədi daşıyan dəniz F/A-XX proqramı ilə bağlı ola biləcəyini istisna etmək olmaz. Başqa sözlə, biz daha bir altıncı nəsil Amerika qırıcısından danışa bilərik.

//Samir Qurbanov, Editor.az