“Facebook Messenger” istifadəçiləri artıq mesajları redaktə etmək imkanı əldə ediblər. Lakin bu funksiya mesaj göndərildikdən sonra yalnız 15 dəqiqə ərzində əlçatan olacaq.
Editor.az xəbər verir ki, bu barədə “The Verge” yazıb. Redaktə etmək üçün mesajın üzərinə klikləməli və uyğun variantı seçmək lazımdır.
/Samir Qurbanov, Editor.az

