ABŞ Prezidenti Donald Trampın “Facebook” paylaşımı yeni növ koronavirus infeksiyası ilə bağlı dezinformasiya tərkibinə görə silinib.
Editor.az oxu.az-a istinadən xəbər verir ki, silinən paylaşım D.Trampın müsahibəsindən epizod olub.
Müsahibədə ABŞ lideri bildirib ki, uşaqlar COVID-19-a qarşı, demək olar ki, dözümlüdür.

