Bir neçə ölkədə “Facebook” sosial şəbəkəsinin işində problem yaranıb.
Editor.az APA-ya istinadən bildirir ki, bu barədə “Downdetector” saytı məlumat yayıb. İstifadəçilərin çoxu şəxsi səhifələrinə daxil ola bilmir, məlumatları yeniləməyə çətinlik çəkirlər. Ən çox şikayət BAŞ və Böyük Britaniyadan daxil olub.

