Facebook-un mavi rənginin sirri nədir?backend

Facebook-un mavi rənginin sirri nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən çox yayılmış sosial media tətbiqlərindən biri olan Facebook-da mavi rəngin niyə üstünlük təşkil etdiyi hər kəsi maraqlandıran məsələlərdən biridir.

Böyük markaların loqo və rəng seçimlərinin mənaları hər zaman sual altında olub. 2000-ci illərin əvvəllərində internet səhnəsində yerini alan Facebook bu mənada maraq doğuran tətbiqlərdən biridir.

Facebook-un çətir şirkəti Meta-nın CEO-su Mark Zukerberqin mavi rəngi seçməsinə səbəb olan bir xəstəlik var. Gənc sahibkar bunun səbəbini on ildən çox əvvəl izah etsə də mavi rəngin sirrini yenicə öyrənənlər heyrətlərini gizlədə bilmirlər.

Editor.az-ın “The New Yorker”a istinadla yazdığına görə, Facebook ona görə mavi rəngdədir ki, onun qurucusu və baş direktoru Zukerberq “qırmızı-yaşıl rəng korudur”. Zukerberq jurnala deyib ki, mavi onun üçün ən zəngin rəngdir, çünki o, hər şeyi görə bilir.

Məlumdur ki, bu pozğunluğu olan insanlar yaşılı daha çox qırmızı kimi qəbul edir və mavi onlar üçün ən aydın şəkildə nümayiş etdirilən rəngdir.

Rəng korluğunun yüngül forması olan bu pozğunluqla doğulan insanlar sarı rəngi görməkdə, qırmızı və yaşıl çalarları ayırd etməkdə çətinlik çəkirlər.

//Gülnarə Abasova, Editor.az