Şəmkirdə ölümlə nəticələm yol qəzası baş verib.
Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.