Faciəvi şəkildə ölən 35 yaşlı Fəridin FOTOsubackend

Faciəvi şəkildə ölən 35 yaşlı Fəridin FOTOsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Editor.az publika.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Ləki kəndində baş verib.

1981-ci il təvəllüdlü Nuhov Tərlan Həsrət oğlu idarə etdiyi “VAZ 2107” minik markalı avtomobillə yolu keçmək istəyən piyada 1989-cu il təvəllüdlü Xəlilov Fərid Elburus oğlunu vurub.

Ağır xəsarət alan Fərid Xəlilov xəstəxanaya aparılsa da, vəfat edib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

Vəfat edən şəxsin fotosunu təqdim edirik.