Faiq Qarayev karyerasını bitirdiyini açıqlamış idmançını milliyə qaytarırbackend

Faiq Qarayev karyerasını bitirdiyini açıqlamış idmançını milliyə qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizdəki karyerasını başa vurduğunu açıqlamış voleybolçu Polina Rəhimova yenidən yığmamızda çıxış edəcək.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev məlumat verib.

“Millimiz Avropa çempionatında çıxış edəndə Polina Rəhimova da heyətdə olacaq. Onun milli karyerasını bitirməsindən söhbət gedə bilməz. Polinanı milliyə gətirəcəyəm”.

Qeyd edək ki, Polina Rəhimova ötən ilin yanvarında Azərbaycan millisindəki çıxışını başa vurduğunu açıqlayıb.