Falçı qapısından BİABIRÇI FOTO – BAKIDAbackend

Falçı qapısından BİABIRÇI FOTO – BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə yayılan bir foto böyük marağa səbəb olub.

İnstaqram səhifələrinin birində “Falçı qapısında” adı altında paylaşılan foto müzakirələrə səbəb olub.

“Bu görüntü Bakıda saat 07.10 də çəkilib. Camaat falçı yanına gəlib. Sübh tezdən növbədir”- deyə bildirilən foto izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.

Kimi orada səhər saat 4-dən növbə tutan insanlara acıyıb, kimi isə onları savadsızlıqda, avamlıqda günahlandırıb.

“Yazıqlar çarəsizdir qınamayın”, “Əlacsızlıqdan gediblər, Allah köməkləri olsun”, “Millət necə avam, savadsızdır”, “Olmasaydi axmaqlar, ac qalardi sarsaqlar. Başda savad yoxdursa yerini mövhumat cəhalət tutar”- kimi şərhlər yazılıb.
Bundan başqa falçının əlaqə nömrəsi və ünvanı ilə maraqlananlar da olub.

//ölkə.az