İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Makine ve Kimya Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.
Editor.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.
O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti “Makine ve Kimya Endüstrisi A.Ş”nin Direktorlar Şurası sədrinin müavinidir.
Xatırladaq ki, “Makine ve Kimya Endüstrisi A.Ş” Türkiyə Milli Müdafiə nazirliyinin tərkibində fəaliyyət göstərir..
Editor.az-ın araşdırması zamanı bəlli olub ki, şirkətin icraçı direktoru vəzifəsinə tanınmış polkovnik Famil Aslanov təyin edilib.
//Editor.az

