Kiyev vilayətindəki Makarov yaxınlığında Ukraynanın “Farmak” əczaçılıq şirkətinin anbarı yanıb. Zərərin miqyası 1,5 milyard qrn. təşkil edir.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.
Şirkətin direktorlar şurasının üzvü Petr Çernışevin sözlərinə görə, “Farmakın anbarı Makarovun yaxınlığında yerləşirdi (bura Kiyevdən çox da uzaq deyil). Anladığımız qədər bu ərazidə tank döyüşü gedirdi. Anbarımız yandı və şirkət təxminən 1,5 milyard qriven itki verdi. Hazırda istehsalın tam bərpası üzərində işləyirik”, – Çernışev yazıb.
“Farmak”ın mətbuat xidməti bildirir ki, “onlar fevralın 24-dən Rusiya Federasiyası və Belarusiyaya dərman tədarük etmirlər. Şirkətin Rusiyadakı nümayəndəliyinin fəaliyyəti 2014-cü ildən məhdudlaşdırılıb.
“Fevralın 24-də təxminən 200 min dollar dəyərində dərman olan yük maşını Belarus Respublikasının Çerniqov gömrük məntəqəsində Rusiya hərbçiləri tərəfindən dayandırıldı. Biz onu geri rəsmiləşdirib, Çerniqov şəhərinin ehtiyaclarının ödənilməsi üçün təhvil verdik”, – məlumatda deyilir.
“Rusiyanın Ukraynaya açıq silahlı təcavüzünün ilk günündə “Farmak” öz məhsullarını Səhiyyə Nazirliyinin və Silahlı Qüvvələrin və xəstəxanaların ehtiyacları üçün köçürməyə başlayıb. İndi də ukraynalılar üçün həyati vacib dərmanları istehsal etmək və təmin etməkdən ötrü bütün səyləri göstəririk”, mətbuat xidməti əlavə edib.
Xatırladaq ki, Şirkətin 87 əməkdaşı Ukrayna silahlı qüvvələrinin və ya ərazi müdafiəçilərinin sıralarındadır.
Editor.az

