Fars korfəzi ölkələri də “taxıl sazişi”nin bərpasını tələb edirbackend

Fars korfəzi ölkələri də “taxıl sazişi”nin bərpasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fars körfəzi ölkələri taxıl sazişinin bərpasını zəruri hesab edir.

Editor.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budaivi deyib.

“FKƏDƏMŞ üzvləri Rusiya-Ukrayna böhranının həllinə yönəlmiş dinc səyləri dəstəkləyir, ehtiyacı olan ölkələrin ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri olan Rusiya və Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına dair sazişin yenilənməsinin vacibliyini vurğulayırlar”, – bəyanatda bildirilir.

Xatırladaq ki, iyulun 18-dən Rusiya taxıl sövdələşməsində iştirakını dayandırıb.

//Samir Qurbanov, Editor.az