Çiplərə, burgerlərə və kartoflara olan həvəs beynin endorfin tənzimlənməsinin xüsusiyyətləri ilə bağlıdır. Bu qidalar yağlıdırvə endorfinlər bu yağa cavab olaraq istehsal olunur.
Editor.az xəbər verir ki, bu barədə ROSBIOTECH Universitetinin dietologiya kafedrasının assistenti Maksim Efimov məlumat verib. “İstehsalçı tez-tez bu qidala agız dadımızı dəyişən, asılılıq yaradan dadlandırıcılar əlavə edir. Pəhriz balanssız olur, insan əlavə kalori qəbul edir”, – ekspert bildirib.
Onun sözlərinə görə, ən təhlükəli ədviyyatlardan biri monosodium glutamatdır: “Məhz bu qatqı tez-tez keyfiyyətsiz yeməklərin təqdim olunduğu fast food restoranlarının qablarında olur və çatışmazlıqları bir doza ədviyyatla doldurulur. İnsan ləzzətli yemək yediyinə inanır, amma əslində o, piylənmə, bulanıq görmə və tənəffüs problemlərinə səbəb olan monosodium qlutamatdan həzz alır”.
//Gülnarə Abasova, Editor.az