Bloqer Fatima Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
Editor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar: “”İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”.
Saxlanılan şəxslərdən Nicat İsmayılın Qəbələ rayonu ərazisində küçədə sərxoş halda söyüş söyməsi bildirilir.

