Fazil Mustafa yaşadığı evin qarşısında güllələndi – YENİLƏNİB+TƏFƏRRÜATbackend

Fazil Mustafa yaşadığı evin qarşısında güllələndi – YENİLƏNİB+TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Oxu.Az xəbər verir ki, deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

KTM-dən verilən məlumatda qeyd edilib ki, yaralı Təcili Tibbi Yardım şöbəsindədir. Hazırda həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Qeyd edilib ki, onun vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

Yekun vəziyyəti barədə əlavə məlumat veriləcək.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.