ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dolların beynəlxalq bazarlardakı dəyərinə ciddi şəkildə təsir edən uçot dərəcəsi barədə qərarını açıqlayıb.
Qurum ABŞ milli valyutasının uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlamaq qərarına gəlib.
Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacağını bildirib.
Qeyd edək ki, tənzimləyici artıq uzun müddətdir ki, uçot dərəcəsini sabit saxlayır.
Mənbə: federalreserve.gov

