FED-in mart üçün uçot dərəcəsi gözlənilirbackend

FED-in mart üçün uçot dərəcəsi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bütün dünyanın diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayı üçün açıqlayacağı uçot dərəcəsinə yönəlib. Editor.az-ın Türkiyənin “Habertürk” saytına istinadən verdiyi məlumata görə, FED-in sədri Cerom Pauelin son aylarda maliyyə sabitliyinin olduğunu bildirsə də, Rusiyanın Ukraynaya təcavüzünün uçot dərəcəsinə ciddi təsir edəcəyini qeyd edib.

“FED-in iclasının 15-16 mart tarixlərində olacağını düşünürəm. Yanvar ayında “Omrikon”a yoluxmaların sayının artması ilə əlaqədar olaraq maliyyə bazarında çətinliklər yaranmışdı. Lakin sonradan yenidən sabitlik əldə olundu. Son günlərdə Rusiyanın Ukraynanı işğal etməsi fonunda uçot dərəsinin necə olacağı qeyri-müəyyəndir”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Rusiyaya qarşı edilən sanksiyalara və əks-sanksiyalara görə dünya bazarlarında qeyri-stabillik yaranıb.

//Nəzərbəy Hacıağayev Editor.az