FED sədri: “İnflyasiya bu il pik həddə çatacaq”backend

FED sədri: “İnflyasiya bu il pik həddə çatacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell yarımillik pul siyasəti hesabatı üzrə Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin iclasında iştirak edib. Nümayəndələr Palatasının üzvlərinin suallarını cavablandıran Pauell izah edib ki, təklifyönlü məhdudiyyətlər fonunda yüksək tələb inflyasiya yaradır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ iqtisadiyyatının çox güclü olduğunu vurğulayan Pauell əmək bazarının son dərəcə məhdud və inflyasiyanın hədəfdən xeyli yuxarı olduğunu qeyd edib.

FED-in Rusiyanın Ukraynaya hücumundan əvvəl mart ayında faiz artırmağı planlaşdırıldığını diqqət çəkən Pauell, Ukraynadakı proseslər fonunda ehtiyatlı davranacaqlarını bildirib:

“Bu hadisələrin iqtisadi nəticələri çox qeyri-müəyyəndir.Mart toplantısında faiz artımının məqsədəuyğun olacağını hesab edirəm. Bunu dəstəkləmək üçün 25 baz bəndlik faiz artımını təklif edirəm. Mart iclasında FED-in balansını daraltmaq planında irəliləyiş gözlənilir”.

Powell inflyasiyanın bu il pik həddə çatacağını və daha sonra azalmağa başlayacağına inandıqlarını vurğulayıb. Rusiya-Ukrayna müharibəsinin faiz proqnozuna necə təsir edəcəyinin hələlik bəlli olmadığını ifadə edən Pauell, Ukraynadakı müharibə səbəbilə FED-in ehtiyatlı olmasını bildirib.

FED sədri Pauel ABŞ-ın maliyyə sisteminin Ukraynadakı müharibə ilə mübarizə aparacaq qədər güclü olduğunu vurğulayıb. Sanksiyaların Rusiyaya uzunmüddətli təsirlərini proqnozlaşdırmağın çətin olduğunu qeyd edən Pauell, Rusiyaya qarşı sanksiyaların ABŞ iqtisadiyyatına birbaşa təsirinin olmayacağını, ABŞ iqtisadiyyatının Rusiya ilə çox az əlaqəsinin olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az