Federal Təhqiqatlar Bürosu (FTB) Amerikada 11 sentyabrı təkrar etməyi planlaşdıran terrorçunu yaxalayıbbackend

Federal Təhqiqatlar Bürosu (FTB) Amerikada 11 sentyabrı təkrar etməyi planlaşdıran terrorçunu yaxalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Təhqiqatlar Bürosu (FTB) Texas sakini Anas Səidin saxlandığını və həbs edildiyini açıqlayıb. O, evini İslam Dövləti üzvlərinə sığınacaq kimi verməkdə və terror aktına hazırlaşmaqda ittiham olunur.

FTB-nin hesabatına görə, Ənəs Səid noyabrın 8-də həbs edilib. Onun evində və avtomobilində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun telefonuna da baxış keçiriblər.

Editor.az “Associated Press”ə (AP) istinadən xəbər verir ki, məhkəmə prosesi bu gün, noyabrın 15-də başlayıb. Məhkəmə sənədlərində deyilir ki, Ənəs Səid İŞİD-in fəaliyyətini davam etdirməyə çağıran videolar çəkib. Həmin videolarda o, 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktına bənzər terror aktında iştirak etmək istədiyini də bildirib. Prokurorlar deyirlər ki, müttəhim partlayıcı hazırlamağı və mobil telefonları uzaqdan detonatora çevirməyi öyrənib. Müttəhim Hyuston şəhərində terror aktı törətməyi planlaşdırıb. Ənəs Səidi 20 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir. AP Səidin Livandan olduğunu dəqiqləşdirir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Əl-Qaidə yaraqlıları dörd sərnişin təyyarəsini qaçırıblar. Terrorçular onlardan ikisini “Əkiz qüllələr”ə, birini Pentaqonun binasına, dördüncüsünü isə Pensilvaniyada qəzaya uğradıblar. Hücumlar nəticəsində 19 yaraqlıdan başqa 2,9 min nəfər də həlak olmuşdu. Terror aktı qurbanların sayına görə tarixin ən böyük hadisəsi olub.

//Samir Qurbanov, Editor.az