Federasiyadan polisə müqavimət göstərən idmançı ilə bağlı AÇIQLAMAbackend

Federasiyadan polisə müqavimət göstərən idmançı ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun əvvəllərində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri – Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Azərbaycan basketbol federasiyasının baş katibi Vüqar Əzimov məlumat verib:

“Bu hadisə baş verəndə özümüz də şokda idik. Çünki Şirzad çox sakit və tərbiyyəli bir gəncdir. İllərdir onun haradasa dava etdiyini ya da məşq prosesində hansısa nizamsızlığını göməmişik.

10 ildir Şirzadı tanıyıram, onun nə vaxtsa xuliqanlıq etdiyini görməmişəm.

Hazırda idmançımız qrup şəkilində baş verən olaya görə onu hıəbs ediblər. Yaxın günlərdə onun məhkəməsi olmalıdır. Biz də hamı kimi məhkəmənin nbəticəsini gözləyirik”.

V.Əzimov dava zamanı təhlükəsizlik kameralarına düşən görüntüləri izlədiyini və idmançının polisə müqavimətini görmədiyini deyib:

“Yenə deyirəm hadisə zamanı Şirzad mübahisə edən adamların arasında olub. Amma polisə qarşı onun hır hansı bir ifadı işlətməsi və ya hərəkət etməsini görməmişəm.

İnşallah məhkəmə adil qərar çıxarar”.

Nəzərə çatdıraq ki, Ş.Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.

Onun barəsində məhkəmənin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib. Həmin müddətin başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb.

Onun həbsdən azad olunması üçün vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva tərəfindən rədd edilib. O, həbsdə qalıb.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Qafqazinfo.az saytı verib.

//Yenisabah.az