Fəlakət yaxınlaşır! Rusiya: “Təcili olaraq Ərdoğandan kömək istəməliyik”backend

Fəlakət yaxınlaşır! Rusiya: “Təcili olaraq Ərdoğandan kömək istəməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiyanın nəzarətində olan bölgəsində yerləşən və son vaxtlar bombardmanların hədəfinə çevrilən Avropanın ən böyük atom elektrik stansiyası Zaporojye ətrafında gərginlik artır.

Editor.az xarici mediaya istinadən bildirir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossinin Zaporojya Atom Elektrik Stansiyasının son vəziyyətini “tamamilə nəzarətdən çıxmış” adlandırmasından sonra Rusiya mətbuatından “təcili çağırış” gəlib.

“Ərdoğana təcili ehtiyac var. Bizi yeni Çernobıldan yalnız Türkiyə prezidenti xilas edə bilər. Zaporojye AES-lə bağlı münaqişə böyük risk altındadır, həlli yoxdur” başlıqlı məqalədə Rostovski bildirib ki, Avropa yeni nüvə silahı ilə üz-üzədir. Çernobıl miqyasında fəlakət və ya daha da pisi… Bu, bir anda bir neçə müstəqil mənbədən alınan rəsmi məlumatdır. Təhlükə yaxındadır”.

Ukrayna Rusiyanın bombardmanının üç radiasiya sensoruna zərər verdiyini açıqlayıb.

Ukrayna lideri Zelenski də televiziyada yayımlanan çıxışında Rusiyanı “nüvə terrorizmi”ndə ittiham edib.

Digər tərəfdən, ABŞ-ın Rusiya səfirliyi, Ukraynalı millətçilərin avqustun 5-də elektrik stansiyasını artilleriya atəşinə tutduğunu, iki yüksək gərginlikli xətt və bir su borusunu zədələndiyini bildirib.

Səfirlikdən verilən yazılı açıqlamada bölgədəki kritik infrastruktura dəyən ziyanın qarşısı Rusiya hərbçiləri tərəfindən alındığını bildirib.

//Safura Bənnayeva, Editor.az