Fələstin ABŞ-ın mövqeyinə baxmayaraq BMT-yə üzvlük üçün müraciət etmək niyyətindədirbackend

Fələstin ABŞ-ın mövqeyinə baxmayaraq BMT-yə üzvlük üçün müraciət etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Birləşmiş Millətlər Təşkilatına (BMT) bir dövlət olaraq tamhüquqlu üzv olmaq üçün səylərini davam etdirərək ABŞ-ın mövqeyinə meydan oxuyacaq.

Editor.az xəbər verir ki, bu barədə Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbaş müsahibəsində bildirib. Onun sözlərinə görə, Fələstin də öz dövlətinin bəzi Avropa ölkələri tərəfindən tanınmasını istəyəcək. Mayın 10-da BMT Baş Assambleyası Fələstinin təşkilatdakı hüquqlarını genişləndirən və Təhlükəsizlik Şurasına ölkənin BMT-yə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə qəbul edib. 143 ölkə qərarın lehinə, 9-u əleyhinə, 25-i isə bitərəf qalıb. Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

//Gülnarə Abasova, Editor.az