Yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri Fələstin anklavında HƏMAS terrorçularına qarşı quru əməliyyatının genişləndirildiyini açıqlayıb.
Editor.az nazirin sözlərinə istinadən bildirir ki, quru əməliyyatı əlavə ərazilərə yayılacaq. O, daha sonra qeyd edib ki, söhbət yəhudi dövlətinin cənubundakı Rəfah şəhərindən gedir. Bundan əlavə, hərbi əməliyyatlar Qəzza zolağının mərkəzi hissəsinə də təsir edə bilər.
“Xan Yunus terrorun yeni paytaxtı olub, biz HƏMAS-ın yüksək vəzifəli rəsmilərinə çatana qədər oradakı fəaliyyətimizi dayandırmayacağıq”, – Yoav Galant vurğulayıb.
//Samir Qurbanov, Editor.az

