Fələstin dövlətinin yaradılması İsrail üçün mövcudluq təhlükəsi yaradacaq. İsrailin Baş naziri Benyamin Netanyahu belə bir açıqlama ilə çıxış edib.
Editor.az xəbər verir” ki, Abu Ali Express”ə verdiyi müsahibədə o, bu dövlətin Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması bahasına belə yaradılmamalı olduğunu vurğulayıb: “Fələstin dövləti olmayacaq. Sadə dildə desək, yaradılmayacaq.”, – Benyamin Netanyahu deyib.
O, həmçinin qeyd edib ki, Qəzza müharibəsi krallıqla münasibətlərin normallaşdırılması prosesini ləngidib. Amma şərtlər hər iki tərəf üçün məqbul olmalıdır… Mən fundamental şərtlərimizi necə qətiyyətlə müdafiə etməyi və təhlükəsizliyimizi təhlükəyə atmamağı bilirəm. Əgər bu proses sonradan yetkinləşərsə, əla olar. Amma əgər olmazsa, həyati maraqlarımızı müdafiə edəcəyik.”, – İsrailin Baş naziri bildirib.
//Samir Qurbanov, Editor.az

