ABŞ ordusunun Fələstin-İsrail münaqişəsinə müdaxiləsinə ehtiyac yoxdur.
Editor.az bildirir ki, bu barədə Ağ evin sahibi Co.Bayden deyib. Eyni zamanda o, qeyd edib ki, Vaşinqton yəhudi dövlətini fələstinli radikalları məğlub etməsi üçün lazım olan hər şeyi təmin edəcək. “İsrail ən yaxşı silahlı qüvvələrdən birinə malikdir.
Mən zəmanət verirəm ki, biz onları ehtiyac duyduqları hər şeylə təmin edəcəyik”,- ABŞ lideri qeyd edib. Ümumiyyətlə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ABŞ-da terror təhlükəsi artıb. Bununla bağlı Co Bayden FTB əməkdaşlarının belə hadisələrin qarşısını almaq üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

