Fələstin İsraillə danışıqlara hazırdırbackend

Fələstin İsraillə danışıqlara hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin bölgədəki vəziyyətin nizamlanması üçün keçirilən sülh konfransında İsraillə yekun status danışıqlarına hazır olduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas bildirib. Dövlət başçısının sözlərinə görə, Fələstin bölgədəki münaqişənin siyasi yolla həlli və İsrailin Qəzza zolağında mövcudluğuna son qoyulması üçün öz baxışını və yol xəritəsini hazırlayıb. Prezident əlavə edib ki, sözügedən yol xəritəsi altı ərəb ölkəsi tərəfindən bəyənilib və qiymətləndirilmək üçün ABŞ, Aİ və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilib.

Fələstin prezidentinin bəyan etdiyi kimi, Fələstin bu qərarın icrası çərçivəsində Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır. Fələstin tərəfi də yəhudi dövlətinin düşmənçilik hərəkətlərinin dayandırılmasını zəruri hesab edir.

//Gülnarə Abasova, Editor.az