Fələstin parlamentinin rəhbəri bir neçə gün əvvəl həbsdən azad edildikdən sonra saxlanılıb. Onun Xevrondakı evindən aparıldığı məlum olub.
“İsrail təhlükəsizlik qüvvələri Fələstin Qanunvericilik Şurasının sədri Əbdül Əziz əl-Dveyki yenidən saxlayıb”.
Editor.az bildirir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Xatırladaq ki, Əbdül Əziz əl-Dveyki Fələstin radikalları HƏMAS-ın liderlərindən biridir. Onun sonuncu həbsi mayın sonunda Beytləhm yaxınlığındakı keçid məntəqəsində baş vermişdi.
//Samir Qurbanov, Editor.az

