Fələstin prezidenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıbbackend

Fələstin prezidenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstində yeni növ koronavirusa (COVİD-19) mübarizə çərçivəsində fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, müvafiq sərəncam Fələstin prezidenti Mahmud Abbas tərəfindən imzalanıb.

Məlumata əsasən, ölkə ərazisində fövqəladə vəziyyət rejimi sentyabrın 4-dən başlayaraq daha 30 gün müddətinə uzadılıb.

Qeyd edək ki, Fələstində yeni növ koronavirusa (COVİD-19) təxminən 33 min nəfər yoluxub. Onlardan 22,3 min nəfəri sağalıb, 192 nəfəri isə vəfat edib.