Fələstin Qızıl Ayparası xəstələrin şimaldan cənuba daşınmasının 20 saat çəkdiyini açıqlayıbbackend

Fələstin Qızıl Ayparası xəstələrin şimaldan cənuba daşınmasının 20 saat çəkdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PRCS BMT qrupları ilə birlikdə, dünən Şifa Xəstəxanasından 190 yaralının on dörd təcili yardım maşını və iki BMT avtobusu ilə cənubdakı xəstəxanalara təxliyyə edildiyini bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, keçid məntəqəsindən təxminən 20 saata keçmək mümkün olduğunu və bunun

xəstələr üçün həyati təhlükə yaratdığı bildirilib.

PRCS bəyanatında yaralıların Xan Yunisdəki Avropa Xəstəxanasına, dializ xəstələrinin isə Rəfahdakı Əbu Yusif Əl-Nəccar xəstəxanasına köçürüldüyü deyilib. Təxliyyə əməliyyatında Qızıl Ayparanın 14 təcili yardım maşını, Birləşmiş Millətlər Təşkilatının iki avtobusu və digər maşınlar iştirak edib.

Xəstənin təxliyəsi zamanı 3 tibb işçisinin saxlanıldığını bildirən PRCS, iki tibb işçisinin sərbəst buraxıldığını, lakin üçüncü tibb işçisi Awni Khattabın hələ də saxlanıldığını bildirib.

İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 90 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Şərqi Qüds və İordan çayının qərb sahilinin bir çox bölgəsində fələstinlilərə qarşı basqınlar təşkil etdiyi də qeyd olunub.

//Səbinə Hüseynli, Editor.az