Fələstin hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə təqdim etdiyi planı dəstəklədiyini açıqlayıb.
Editor.az xəbər verir ki, orqanlar həmçinin ABŞ, bölgə ölkələri və digər tərəfdaşlarla əməkdaşlıq edərək razılıq əldə etməyə hazır olduqlarını bildiriblər.
Fələstin Prezident Administrasiyasının məlumatında qeyd olunur ki, Ramallada Trampın Qəzzada hərbi əməliyyatları dayandırmağa yönəlmiş səyləri alqışlanıb.
//Samir Qurbanov, Editor.az

