Fələstin XİN: Qəzza indi yer üzündə cəhənnəmə çevrilibbackend

Fələstin XİN: Qəzza indi yer üzündə cəhənnəmə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası Qəzza və Fələstindəki mövcud vəziyyəti müzakirə etmək üçün toplanıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Şuranın iclasında fələstin xarici işlər naziri Qəzzanın cəhənnəmə çevrildiyini deyib.

O, Birləşmiş Millətlər Təşkilatını, fələstinliləri cəhənnəmdən xilas etməyə çağırıb. ” BMT bizi cənnətə aparmaq üçün deyil, cəhənnəmdən xilas etmək üçün yaradılıb. Qəzza indi yer üzündə cəhənnəmə çevrilib. Bəşəriyyəti o cəhənnəmdən xilas etmək fələstinliləri BMT üçün Qəzzadan xilas etmək deməkdir”.

Maliki həmçinin fələstinlilərin humanitar atəşkəsə ehtiyacı olduğunu bildirib. “Biz heç olmasa ölülərimizi ləyaqətlə dəfn etmək hüququnu özümüzdə saxlamaq istəyirik. Onun sözlərinə görə, fələstinlilərə insan kimi baxılmır”.

//Fidan İbrahimli, Editor.az