İsrail Müdafiə Qüvvələri (IDF HƏMAS hərəkatının ordu birləşələrindən birinin rəhbəri Vissam Hazemi digər iki silahlı ilə birlikdə Cenində öldürdüklərini bildirib.
Editor.az bildirir ki, bu barədə avqustun 30-da BBC məlumat yayıb. “İsrail təhlükəsizlik qüvvələri avtomobildə Vissam Hazemi öldürüb, sonra isə qaçmağa cəhd edən digər iki yaraqlıya hava zərbələri endirib”, – nəşr qeyd edir.
HƏMAS da onların ölümünü təsdiqləyib. İsrailin hücumlarının fələstinli qaçqın düşərgələrinə böyük ziyan vurduğu qeyd edilir.
//Samir Qurbanov, Editor.az