Fələstinin tələbləri bir kənara qoyula bilər: Səudiyyə-İsrail razılaşmasında son vəziyyət necədir?backend

Fələstinin tələbləri bir kənara qoyula bilər: Səudiyyə-İsrail razılaşmasında son vəziyyət necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın zəmanət verdiyi Səudiyyə Ərəbistanı-İsrail razılaşması üzrə diplomatik səylər davam edir. Səudiyyə Ərəbistanının müttəfiqi Fələstinin irəli sürdüyü şərtlər yerinə yetirilsə də, yerinə yetirilməsə də razılaşma reallaşacaq. Bildirilir ki, Fələstinin əsas tələbinin, müstəqil dövlətin qurulmasının qarşılanması ehtimalı aşağıdır.

Editor.az “Reuters”ə istinadla xəbər verir ki, razılaşma danışıqlarından xəbəri olan üç regional mənbə ABŞ-ın Səudiyyə Ərəbistanı-İsrail razılaşmasını reallaşdırmaqda qərarlı olduğunu və İsrailin dövlətçilik yolunda fələstinlilərə əhəmiyyətli güzəştlər etməsə belə, razılaşmanı təxirə salmayacağını bildirib.

Bundan əlavə, əgər saziş ABŞ Konqresindən razılıq almazsa, bu, ABŞ-ın Beşinci Donanmanın yerləşdiyi Bəhreynlə bağladığı razılaşmaya bənzəyə bilər. Çünki bu tip müqavilələr Konqresin təsdiqini tələb etmir. ABŞ mənbəsinə görə, Vaşinqton həmçinin Səudiyyə Ərəbistanını NATO-dan kənar mühüm müttəfiq kimi tanıya bilər.

//Gülnarə Abasova, Editor.az