“Fənərbağça” 18 yaşlı iranlı hücumçu transfer etdibackend

“Fənərbağça” 18 yaşlı iranlı hücumçu transfer etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” yeni mövsüm üçün ilk transfer edib.

İstanbul klubu İranın yüksək liqası təmsilçisi “İstiqlal”ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.

İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi “Fənərbaxça”ya satdıqlarını təsdiqləyib: “Onu “Fənərbaxça”ya 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq”.

Qeyd edək ki, A.Sayyadmanaş “The Guardian”nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.

Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.

//qol.az