“Fənərbağça” azarkeşləri bu qərarla sarsıldılar – Klub etiraz bəyanatı yaydı – FOTObackend

“Fənərbağça” azarkeşləri bu qərarla sarsıldılar – Klub etiraz bəyanatı yaydı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Super Liqasının XXIV turunda keçiriləcək “Kayserispor” – “Fənərbağça” oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq.

Bununla bağlı Kayseri Bölgə Təhlükəsizlik Şurası qərar qəbul edilib. Qadağaya səbəb kimi təhlükəsizlik tədbirləri göstərilib.

İstanbul klubu qərardan narazıdır. “Fənərbağça”nın rəsmi saytında yerləşdirilən bəyanatda bu qadağanın qəbuledilməz olduğu bildirilib. Klub qərara yenidən baxılmasını və ləğv edilməsini istəyib.

Martın 4-də keçiriləcək “Kayserispor” – “Fənərbağça” görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.