“Fənərbağça”da şok: İki aparıcı oyunçu komandanı tərk edəcəyini bildirdibackend

“Fənərbağça”da şok: İki aparıcı oyunçu komandanı tərk edəcəyini bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbağça” klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.

Məlumata görə, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.

Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi  “Fənərbağça”nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça” klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.