“Fənərbağça”dan 39 yaşlı Əmrəyə təklifbackend

“Fənərbağça”dan 39 yaşlı Əmrəyə təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni mövsüm üçün transfer çalışmalarına başlayan “Fənərbağça” heyətinə gənclərlə yanaşı təcrübəli futbolçular da cəlb etməyi planlaşdırır.

İstanbul klubu “Başakşəhər”in kapitanı Əmrə Bəlözoğlununa rəsmi təklif göndərib.

“Sarı lacivərdlilər” sabiq futbolçusunun liderliyindən yararlanmaq istəyir. Ona bir mövsümlük müqavilə təklif olunduğu bildirilir. Klub daha sonra 39 yaşlı yarımmüdafiəçiyə vəzifə verməyi qərara alıb.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2008-2012 və 2013-2015-ci illərdə “Fənərbağça”da oynayıb.

//qol.az