“Fənərbağça”dan qələbə, “Trabzonspor” uduzdubackend

“Fənərbağça”dan qələbə, “Trabzonspor” uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Superliqasında 29-cu tura yekun vurulub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə 4 matç keçirilib. “Trabzonspor” doğma meydanda “Alanyaspor”a 1:3 hesabı ilə uduzub. “Fənərbağça” isə səfərdə “Konyaspor”a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 29 turdan sonra turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. “Qalatasaray” 58 xalla 2-ci, “Fənərbağça” eyni xalla 3-cüdür.

8 mart

“Trabzonspor” – “Alanyaspor” – 1:3
Qollar: Pektemek, 66 (0:1), Davidson, 73 (0:2), Bakaseas, 80-pen (1:2), Davidson, 90+7 (1:3)

“Antalyaspor” – “Kasımpaşa” – 1:1
Qollar: Özmert, 38 (1:0), Thelin, 72 (1:1)

“Göztəpə” – “Ərzurumspor” – 3:1
Qollar: Şvexlen, 4-avtoqol, Bassan, 48 (1:1), Akbunar, 83 (2:1), Öztürk, 90+8 (3:1)

“Konyaspor” – “Fənərbağça” – 0:3
Qollar: Szalay, 29, Samuel, 32, Aziz, 90