Türkiyənin “Fənərbağça” klubunun keçmiş futbolçusu Serhat Akın naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
Oxu.az xəbər verir ki, sabiq futbolçu bu barədə özünün “X” hesabında paylaşım edib.
Ayağından güllə yarası alan Serhat Akın xəstəxanaya yerləşdirilib. Akının səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.