“Fənərbağça” və “Trabzonspor” azarkeşləri arasında dava – VİDEObackend

“Fənərbağça” və “Trabzonspor” azarkeşləri arasında dava – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində Marmaray stansiyasında qarşılaşan “Trabzonspor” və “Fənərbağça” tərəfdarları arasında dava düşüb.

İstanbulda oynanılan “Trabzonspor”–“Altay” matçından qayıdan “Trabzonspor” tərəfdarları ilə “Karagümrük” matçından çıxan “Fənərbağça” tərəfdarları dalaşıb.

Bəzi “Fənərbağça” azarkeşləri insanları sakitləşdirməyə çalışsalar da, qəzəblənən qrup “Trabzonspor”un 3 azarkeşini təpik və sillə ilə döyüb. “Trabzonspor” azarkeşləri qatardan düşərək stansiyanın istifadə olunmayan ərazisinə keçərkən hücumdan xilas ola biliblər. Həmin məqamlar vətəndaşların mobil telefon kamerasına anbaan tuş gəlib.