“Fənərbaxça”da üç qapıçı namizədbackend

“Fənərbaxça”da üç qapıçı namizəd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul nəhəngi “Fənərbaxça”nın qapıçısı Bərk Özərin klubdan ayrılmasından sonra qapıçı axtarışı davam edir. Editor.az “sporx” a istinadən xəbər verir ki, klubun siyahısında transfer etmək üçün üç namizəd var. “Sarı-lacivəndlər” çərçivəni qorumaq üçün Ərtoğrul Taşkıran, Gökan Akkan və Tarık Çətinlə maraqlanır. Klub rəhbərliyi futbolçuların aid olduğu “Kasımpaşa” və “Caykur Rizespor” la bu yaxınlarda rəsmi təmasa keçəcək.

Qeyd edək ki, yuxarıda adları sadalanan oyunçulardan biri klubun heyətində yer alacaq.

//Nəzərbəy Hacıağayev, Editor.az