“Fənərbaxça” və “Qalatasaray” Erik Bayini transfer etmək istəyirbackend

“Fənərbaxça” və “Qalatasaray” Erik Bayini transfer etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalidu Kolibalinin gedişindən sonra İtaliyanın “Napoli” klubu onun yerini doldurmaq üçün “Mançester Yunayted”də forma geyinən Erik Bayini transfer etmək istəyir. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki, Fildişi Sahilindən olan futbolçu ilə eyni zamanda da Türkiyə nəhəngləri “Fənərbaxça” və “Qalatasaray”da maraqlanır. Ancaq 28 yaşlı futbolçu “Napoli”də oynamaq istəyir. Artıq “qırmızı şeytanlar”ın rəsmiləri ona “Napoli” ilə danışıqlara icazə verib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildə İspaniyanın “Vilyarreal” klubundan “Mançester Yunayted”ə 38 milyon avroya transfer olunmuşdu.

//Nəzərbəy Hacıağayev, Editor.az