“Fənərbaxça”dan sürpriz TRANSFERbackend

“Fənərbaxça”dan sürpriz TRANSFER

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari mövsümdə Super Liqada gözlənilən performansı sərgiləyə bilməyən “Fənərbaxça”yeni mövsüm hazırlıqlarını bütün sürətiylə davam edir. Editor.az-ən Türkiyənin “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, “Sarı-lacivərtliler” “River Pleyt”in uruqvaylı yarımmüdafiəçisi Nikolas de la Kruzu transfer etmək üçün  fəaliyyətə başlayıb.

Mövsümə Vitor Pereyranın rəhbərliyi altında başlayan “Fənərbaxça” portuqaliyalı baş məşqçi ilə arzulanan nəticəni qazana bilməyib və yollar ayrılıb. Mövsümün qalan hissəsində İsmayıl Kartalla yoluna davam edən “Sarı-lacivərtliler” yeni mövsüm üçün də məşqçilərlə danışıqlarını davam etdirir. Bielsa, Löv və Corc Cesus kimi təcrübəli adlarla təmasda olan “Sarı-lacivərtliler”in rəhbərliyi növbəti mövsüm üçün mütləq çempionluğu hədəfləyir.

Bu çərçivədə ciddi addımlar atmaq istəyən “Fənərbaxça” sleksenerləri orta sahə transferi üçün sürpriz bir adla əlaqə saxladı. “Sarı-lacivərtliler” “River Pleyt”in uruqvaylı yarımmüdafiəçisi Nikolas de la Kruz üçün hərəkətə keçdi.

24 yaşlı futbolçunun karyerasını Avropada davam etdirmək istədiyi və “Fənərbaxça”ya transfer məsələsinə isti yanaşdığı bildirilib. Dieqo Rossinin Uruqvay Milli Komandasının dostu olan Nikolas de la Kruz 12 dəfə öz millisinin formasını geyinib. Hazırda transfer bazarında qiyməti 16 milyon avro olan 24 yaşlı yarımmüdafiəçinin klubu “River Pleyt”lə müqaviləsi 31 dekabr 2022-ci ildə başa çatır.

“Sarı-lacivərtliler” Avropa nəhənglərinin marağında olan Migel Kresponun getməsi ehtimalı ilə həmin boş mövqeni Nikolas de la Kruzla doldurmaq istəyir.