Feodosiya limanında 33 rus əsgəri itkin düşübbackend

Feodosiya limanında 33 rus əsgəri itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti işğal olunmuş Feodosiya limanı yaxınlığında “Novoçerkassk” desant gəmisini vurması nəticəsində azı 19 rusiyalı dənizçi yaralanıb, 33-ü itkin düşmüş sayılır.

Editor.az xəbər verir ki, bu barədə “Astra” teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən başqa 19 dənizçi də yaralanıb.

Krımın psevdobaşçısı Sergey Aksenov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi. Hücum zamanı “Novoçerkassk” gəmisində dənizçilərin olması faktını da daha əvvəl Rusiya nəşri agentliyi yayıb. Onun sözlərinə görə, zərbə zamanı gəmidə ən azı iki zabit ola bilərdi.

//Samir Qurbanov, Editor.az