Feodosiyaya hava hücumunun videosunu yayan şəxslərə cinayət işi açılacaq? – Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviribackend

Feodosiyaya hava hücumunun videosunu yayan şəxslərə cinayət işi açılacaq? – Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov bildirib ki, Feodosiyadakı hücumun videosunu yayan şəxslər artıq müəyyən edilib.

Editor.az xəbər verir ki, bu gün, dekabrın 26-da Krım hakimiyyəti şəhərə hücum edildiyini, limanın və dəmiryol vağzalının zədələndiyini bildirib.

Kryuçkov xatırladıb ki, bu cür hücumları əks etdirən videoçəkilişlərə görə cinayət cəzası da mümkündür. “Uçuşlar və zərbələr var. Bununla belə, bu, şortikdə eyvanlardan video çəkib internetdə yerləşdirmək üçün qətiyyən səbəb deyil. Beləliklə, siz düşmənə işləyirsiniz, onun kəşfiyyatının işini görürsünüz. Artıq yerləşdirilən bütün videolar müəyyənləşdirilib, xüsusi xidmət orqanlarının işi davam edir”, – o, Telegram-da yazıb.

Qeyd edək ki, səhər tezdən Krımın rəhbəri Sergey Aksenov Ukrayna Silahlı Qüvvələrinin Feodosiya limanı ərazisinə hücum etdiyini açıqlayıb. Nəticədə bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib, 400 nəfər isə müvəqqəti olaraq başqa yerə köçürülüb. Müdafiə Nazirliyinin məlumatına görə, “Novoçerkassk” desant gəmisi zədələnib. Mətbuat dəmiryol vağzalının da zədələndiyini yazıb.

//Samir Qurbanov, Editor.az